Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulur

Baş səhifə
Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulur

Azərbaycan Basketbol Liqasında XII tura bu gün yekun vurulacaq.

“Report”un məlumatına görə, sonuncu matçda “Gəncə” “Abşeron Lions”un qonağı olacaq.

Qarşılaşma saat 15:00-da start götürəcək.

“Abşeron Lions” A qrupunsa 21 xalla ikinci, “Gəncə” 15 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Ordu” “Quba”nı (116:111), “Lənkəran” “Sərhədçi”ni (72:69), “Naxçıvan” “Sumqayıt”ı (97:80), “Sabah” NTD-ni (121:76), “Neftçi” “Şəki”ni (82:60) üstələyib.