Azərbaycan-Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilə bilər

Baş səhifə
Azərbaycan-Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilə bilər

Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilə bilər.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin baş ticarət müşaviri Gülsərən Yavaş Bakıda keçirilən “Türkiyə bazarına çıxış: İxrac, hüquqi və praktiki aspektlər” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, əgər indiyə qədər saziş 30 malın preferensial ticarət rejimi idxal-ixracını nəzərdə tutursa, hazırda siyahının 50 mala qədər genişləndirilməsi nəzərdə tutulur.

“Hazırda siyahıda əsasən Azərbaycanın kənd təsərrüfatı, Türkiyənin isə sənaye məhsulları var”, – deyə səfirlik rəsmisi əlavə edib.