Bakı. Trend:
Rusiyada Moskva şəhər məhkəməsi şahmatçı və Rusiyanın
ölkəxaricində olan müxalifət liderlərindən biri Qarri Kasparov
barəsində qiyabi həbs qərarı çıxarıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“İttiham tərəfinin həbs formasında qətimkan tədbirinin seçilməsi
ilə bağlı vəsatəti təmin olunub”, -deyə Zamoskovoretsk məhkəməsinin
qərarında deyilir.
Məlumata əsasən, şahmatçı terrorçuluq fəaliyyətinə açıq
çağırışlar etməsinə görə barəsində həbs qətimkan tədbiri seçilib.
RF Cinayət məcəlləsinin həmin maddəsi beş ildən yeddi ilədək
azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İyun ayında “Bloomberg”məlumat verib ki, Kasparovun Cənubi
Sudanda dövlət çevrilişi hazırlığında iştirak edə biləcəyi ilə
bağlı iddia irəli sürmüşdü. Agentliyin məlumatına görə, şahmatçı
Cənubi Sudan müxalifətçisi Piter Adjakı Uol Stritdən olan maliyyəçi
Robert Qranyeri ilə tanış edib. İddia olunur ki, bu görüşdən sonra
Qranyeri ölkədə hakimiyyətin dəyişdirilməsi üçün odlu silah,
qumbaralar və səyyar zenit raket komplekslərinin alınmasına 7
milyon dollar vəsait ayırıb.
Kasparov öz növbəsində bu əlbirlikdə iştirakını inkar edib. O
bildirib ki, həyatının böyük hissəsini vətəndaş hüquqlarının
müdafiəsinə və dünyada demokratiyanın təşviqinə həsr edib.

