Bakı. Trend:
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin
sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə məktub
ünvanlayıb.
Trend xəbər verir
ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Məmnunluqla qeyd etmək istərdim ki, Sizin rəhbərliyinizlə
Azərbaycan Respublikası sosial-iqtisadi inkişafda və xalqın həyat
səviyyəsinin ardıcıl şəkildə yüksəldilməsində mühüm uğurlara nail
olub.
Türk Dövlətləri Təşkilatının Sammitində iştirak etmək məqsədilə
Sizin ölkənizə etdiyim səfər çərçivəsində Qəbələ şəhərində
keçirilmiş görüşümüzü xüsusi səmimiyyətlə xatırlayıram. Tam əminəm
ki, birgə səylərimiz sayəsində Türkmənistan-Azərbaycan əməkdaşlığı
bundan sonra da qardaş xalqlarımızın mənafeyi naminə inkişaf edəcək
və dərinləşəcəkdir.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin
möhkəmləndirilməsi və inkişafına verdiyiniz böyük şəxsi töhfəyə və
göstərdiyiniz dərin diqqətə görə Sizə minnətdarlığımı bildirmək
istəyirəm.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsuliyyətli fəaliyyətinizdə
uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı
firavanlıq arzulayıram.

