ABŞ-də 125 mindən çox sakin işıqsız qalıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatının San-Fransisko dairəsində 125 mindən
çox istehlakçı işıqsız qalıb.

Trend-in məlumatına görə, bu barədə “PowerOutage” monitorinq
resursunun məlumatlarında bildirilib.




Məlumata əsasən, elektrik enerjisinin verilməsində fasilələr 125
542 yaşayış və kommersiya binasına təsir göstərib.

“Pacific Gas and Electric (PG&E)” şirkəti problemdən
xəbərdar olduğunu və Bakı vaxtı ilə səhər saat 10:15-ə qədər
problemi həll edəcəyinə ümid etdiyini bildirib.