Zelenski Prezident seçkilərində elektron səsvermə ideyasını dəstəkləyib

Baş səhifə
Zelenski Prezident seçkilərində elektron səsvermə ideyasını dəstəkləyib

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident seçkilərində elektron səsvermənin tətbiqi variantının nəzərdən keçirildiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

“Mən həmişə insanların onlayn səs verə bilməsi üçün qanunvericilik dəyişiklikləri məsələsini dəstəkləmişəm. Hələ ki, parlament üzvləri ilə konsensusa gələ bilməmişik”, – deyə Zelenski bildirib.

Bundan əlavə, Prezident müharibə zamanı seçkilər haqqında qanunun hazırlanmasında hər hansı irəliləyişin olub-olmadığı barədə məlumatının olmadığını qeyd edib. O həmçinin qeyd edib ki, hazırda Ukraynanın siyasi gündəliyində parlament seçkilərində elektron səsvermə məsələsi yoxdur.

“ABŞ Ukraynadan yalnız Prezident seçkilərinin keçirilməsini tələb edib – parlament və ya yerli seçkilər barədə söhbət getməyib”, – V.Zelenski deyib.