Nəsimidə yol qəzası: sürücü həyatını itirib

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Nəsimi rayonunda yol qəzası baş verib, sürücü həyatını
itirib.

Trend-in
məlumatına görə, hadisə dekabrın 17-si səhər saat 11 radələrində
qeydə alınıb.




Belə ki, Nadir Hüseynov idarə etdiyi avtomobillə Nəsimi rayonu
ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili
ehtiyatsızlıqdan yolun kənarında olan avtobus dayanacağına vurub və
nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi RPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə
cinayət işi başlanılıb.