Heyvan dərisinin dəyərli istifadəsi məqsədilə toplama və ilkin emal mərkəzlərinin yaradılması təşviq ediləcək

Baş səhifə

Bakı. Trend:

Heyvan dərisinin daha dəyərli istifadəsi məqsədilə dəri toplama
və ilkin emal mərkəzlərinin yaradılması təşviq ediləcək.

Trend xəbər
verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bu
gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və KOBİA-nın
təşkilatçılığı ilə keçirilən “Süd və ət istehsalı üzrə mövcud
problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin
qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə zamanı deyib.

Onun sözlərinə görə, 2024-cü ildə ölkə üzrə ixrac edilən
iribuynuzlu heyvan dərisi 301 min, qoyun dərisi isə 403 min ədəd və
ya müvafiq olaraq 7.3 milyon və 0.5 milyon dollar dəyərində
olub.




“Mövcud ixrac həcmi kəsimə gedən iribuynuzlu heyvan dərisinin
30-35 faizinin, xırdabuynuzlu heyvan dərisinin 16-18 faizini əhatə
edir.

Kəsilən dərilərin çox hissəsinin düzgün mexaniki işlənməməsi,
avadanlıq olmaması, dəri emalı zavodlarının azlığı, dəri və yun
emalının vergitutma rejimində kredit şamil edilən üstünlüklərinin
olmaması isə əsas problemlərdir”, – o, əlavə edib.