AHİK-nın yeni Nizamnaməsi hazırlanıb

Baş səhifə

Bakı. Trend:

Normativ-hüquqi modernləşmənin ən mühüm mərhələlərindən biri
kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni
Nizamnaməsinin layihəsi hazırlanaraq qurultay nümayəndələrinin
müzakirəsinə təqdim edilib.

Trend xəbər
verir ki, bunu Konfederasiya sədri Sahib Məmmədov bu gün Bakıda
keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) VIII Qurultayında hesabat məruzəsi ilə çıxışında
bildirib.




Onun sözlərinə görə, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan
Respublikası Qanununa dəyişikliklərlə bağlı qanun layihəsi
hazırlanıb, ekspertlərin iştirakı ilə geniş müzakirə olunub və
aidiyyəti üzrə təqdim edilib:

“AHİK Plus” çərçivəsində həmkarlar ittifaqı üzvləri üçün
bonuslar, endirimlər və xüsusi güzəştlər tətbiq ediləcək. Bu gündən
etibarən layihənin icrasına start verilir”.