“Bavariya”nın kapitanı sıradan çıxdı

Baş səhifə

Bakı. Trend:

Almaniyanın “Bavariya” klubunun heyətində ciddi itki baş
verib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Bundesliqa nəhənginin qapıçısı
Manuel Noyer sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti
məlumat yayıb.




Noyer ölkə çempionatının 14-cü turunun “Maynts”la matçında
zədələnib. Ayaq əzələsində yırtıq aşkarlanan 39 yaşlı qolkiper bir
müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Manuel Noyer bu mövsüm “Bavariya”nın heyətində 25
rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin
yayında başa çatır.