Kişilərin nəsli kəsilir –

Baş səhifə

“Kişi cinsini təyin edən Y xromosomu yavaş-yavaş yox olur, əcdad genlərinin 97 faizi tükənir”.

Metbuat.az xəbər verir ki, bu iddia ilə avstraliyalı genetik Jenny Graves çıxış edib. Onun sözlərinə görə, genlərinin 97 faizini itirən Y xromosomu bir neçə milyon il ərzində tamamilə yox olacaq. Ancaq bəzi növlərdə Y xromosomu yox olsa belə, çoxalmanın davam etməsi mümkün olacaq.

Qeyd edək ki, qadınlarda XX, kişilərdə isə XY xromosomu birləşdikdə körpənin oğlan və ya qız olduğu təyin etmək mümkün olur. Atanın X xromosomu ananın X xromosomu ilə birləşdikdə uşaq qız, Y xromosomu ilə birləşəndə isə oğlan doğulur. X xromosomu Y xromosomundan daha böyükdür, yəni oğlan uşaqlarında anadan daha çox genetik material var.

Bioloq insanların 5 və ya 6 milyon il sonra kişilərin nəslinin tükənəcəyindən narahat olmasından təəccübləndiyini ifadə edib: “Biz cəmi 0,1 milyon ildir insan olmuşuq. Söhbət 5-6 milyon ildən gedir, narahat olmağa dəyməz”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.