Çin orbitə 2 peyk göndərib

Baş səhifə

Bakı. Trend:

Çin Xalq Respublikası iki peyk daşıyan“Kuaizhou-11” daşıyıcı
raketinin uğurlu buraxılışını həyata keçirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, buraxılış Pekin vaxtı ilə saat 09:08-də (Bakı
vaxtı ilə 05:08) ölkənin şimalında yerləşən Tsyutsyuan
kosmodromunda həyata keçirilib. “Kuaizhou-11” raketi üçün bu, sayca
dördüncü missiyadır.




“Di’er-5” adlı sınaq kosmik aparatı və “Xiwang-5-2” süni peyki
orbitə uğurla çıxarılıb.

Bərk yanacaqla işləyən, dörd mərhələli Kuaizhou-11 raketi Çin
Aerokosmik Elm və Sənaye Korporasiyası tərəfindən yaradılıb. Onun
uzunluğu 25 metrdən artıqdır və aşağı Yer orbitinə 1,5 tona qədər
faydalı yük daşımaq imkanına malikdir.