Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 32 milyard manata yaxınlaşıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 31,613 milyard
manat dəyərində xam neft və təbii qaz hasil olunub.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
2,4% azdır.




Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində
istehsalın ümumi dəyəri 34,8 milyard manat olmaqla, əvvəlki ilin
müvafiq dövrünə nisbətən 2,3 faiz azalıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 25,3 milyon
ton, əmtəəlik təbii qaz hasilatı isə 35,5 milyard kub metr təşkil
edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 4,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz
artıb.