Bakı. Trend:
Kamboca sərhədində baş verən döyüşlərdə Tayland əsgərləri
arasında ölənlərin sayı 5-ə çatıb, 68 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Tayland Quru Qoşunlarının
İkinci Hərbi Dairəsi məlumat yayıb.
Ölən şəxsin Kamboca ilə sərhəddə yerləşən Sisaket əyalətindən
olan 20 yaşlı əsgər olduğu qeyd olunub. Tayland ordusu daha əvvəl
68 nəfərin yaralandığını bildirib. Bu arada, Tayland Silahlı
Qüvvələrinin məlumatına görə, Kamboca qüvvələrindən 61 nəfər
ölüb.

