Bakı. Trend:
ABŞ administrasiyası Kiyevə Ukrayna böhranının həlli ilə bağlı
ABŞ planına razılaşmaq üçün məhdud vaxt verib.
Trend-in
məlumatına görə, bu barədə “Financial Times” qəzeti mənbələrə
istinadən xəbər verib.
“Danışıqlarla tanış olan rəsmi şəxslər bildiriblər ki, ABŞ
prezidenti Donald Trampın nümayəndələri Ukrayna prezidenti
Volodimir Zelenskiyə Ukraynanın ABŞ-ın müəyyən edilməmiş
təhlükəsizlik zəmanətləri müqabilində ərazi itkilərini tanımasını
tələb edən sülh sazişini qəbul etməsi üçün günlər veriblər”, – deyə
nəşr bildirib.
Məlumata əsasən, V.Zelenski avropalı tərəfdaşlarına bu tələbin
çərşənbə günü ABŞ Prezidentinin elçisi Stiv Uitkovla prezidentin
kürəkəni Cared Kuşner arasında keçirilən söhbət zamanı irəli
sürüldüyünü bildirib.

