Ağcabədidə avtomobil darvazaya çırpıldı – ölən var

Baş səhifə

Ağcabədidə avtomobil darvazaya çırpıldı, sürücü öldü.

Modern.az xəbər verir ki, yol nəqliyyat hadisəsi Ağcabədi şəhər ərazisində baş verib. Laçın rayon sakini 1996-cı il təvəllüdlü Xanlarov Bahadur idarə etdiyi “Mercedes” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı həyətin dəmir darvazaya çırpılıb.

Nəticədə sürücü B.Xanlarov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.