Afrika ölkələri Benində qoşun yerləşdirəcək

Baş səhifə
Afrika ölkələri Benində qoşun yerləşdirəcək

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) dövlət çevriliş cəhdinə cavab olaraq Beninə öz çevik reaksiya qüvvələrini yerləşdirməyə dair qərar verib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, artıq birliyin hərbi və siyasi rəhbərliyi Beninə çevik reaksiya qüvvələrinin göndərilməsi barədə göstəriş verib.

Bununla belə, Beninə hansı ölkələrin qoşunlarının yerləşdiriləciyi açıqlanmayıb.

Bundan əvvəl Benin Prezidenti Patris Talon milli televiziyada yayımlanan xalqa müraciətində bildirib ki, ölkədə dövlət çevrilişinə cəhdin qarşısı alınıb.