Tramp ABŞ-nin ərzaq sənayesində mümkün qiymət sövdələşməsinin araşdırılmasını tapşırıb

Baş səhifə
Tramp ABŞ-nin ərzaq sənayesində mümkün qiymət sövdələşməsinin araşdırılmasını tapşırıb

ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə və Federal Ticarət Komissiyasına (FTK) ölkədə ərzaq təchizat zəncirini qiymətlərin süni şəkildə sabitləşdirilməsi və ət, toxum, gübrə kimi malların qiymətini artırmağa yönəlmiş digər rəqabətə zidd davranışları araşdırmaq tapşırığı verib.

“Report”un məlumatına görə, Ağ Evin saytında dərc olunan icra sərəncamında ABŞ lideri bildirib ki, Ədliyyə Nazirliyi və FTK-ya hər hansı antirəqabət davranışını araşdırmaq və ərzaqla bağlı sahələrdə xarici təşkilatlar tərəfindən nəzarətin milli təhlükəsizlik üçün təhdid olub-olmadığını müəyyənləşdirmək üçün xüsusi işçi qrup yaratmaq tapşırılıb.

“Bloomberg” agentliyinin qeyd edib ki, ABŞ Prezidenti amerikalıların artan həyat xərclərindən narazılığına cavab verir.

Ötən ay Tramp ət emalı sənayesinə dair araşdırma aparılmasını tapşırmış, qiymətlərin artmasında, əsasən, xarici şirkətləri günahlandırmışdı.