“ING Group” Azərbaycanın 2028-ci ilə qədər ÜDM artımı üzrə proqnozunu verib

Baş səhifə

Bakı. Trend:

Niderlandın “ING Group”un proqnozuna əsasən, 2025-ci ildə
Azərbaycanın ÜDM artımı 1,6 faiz səviyyəsində olacaq.

Trend bu barədə
qrupa istinadən xəbər verir.

2026-cı ildə göstəricinin 2,8 faiz təşkil edəcəyi, 2027-ci ildə
isə 2 faizə qədər azalacağı gözlənilir.

Azərbaycan ÜDM artımı üzrə 2026-cı ili əhatə edən rüblük proqnoz
aşağıda təqdim olunub.

1-ci rüb – 4%,

2-ci rüb 2,5%,




3-cü rüb 3,5%,

4-cü rüb 1%.

ING 2025-ci ilin IV rübünün yekun nəticəsi üzrə 2,5 faizlik lik
artım gözləyir.

“Ölkənin maliyyə mövqeyi əhəmiyyətli dövlət aktivləri və
balanslaşdırılmış fiskal siyasət sayəsində sabit olaraq
qalmaqdadır”, – ING-də qeyd edilib.

Qrupun ekspertləri həmçinin “Moody’s” agentliyi tərəfindən
Azərbaycanın suveren reytinqinin investisiya səviyyəsi olan “Baa3”ə
yüksəldilməsinin portfel investisiyaları üçün potensial olaraq
müsbət amil olduğunu bildiriblər.