BDYPİ-dən avtomobillərin qış mövsümünə hazırlıqla bağlı ÇAĞIRIŞ

Baş səhifə

Bakı. Trend:

Qış fəslinin gəlişi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki
vəziyyətinə diqqət yetirməlidir.

Trend xəbər verir ki, bu
barədə BDYPİ-nin avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı
çağırışında deyilir.




“Baş Dövlət Yol Polisi İdarəsi qış ayları üçün xarakterik olan
əlverişsiz hava şərtlərini nəzərə alaraq, nəqliyyat vasitələrinin
sahiblərini qabaqlayıcı tədbirlər görməyə, avtomobillərini mövsümə
uyğun şinlərlə təchiz etməyə, xarici işıq cihazlarının, şüşə
silgəclərinin, isitmə sistemlərinin sazlığını nəzarətdə saxlamağa
çağırır”, – qurumdan vurğulanıb.

“Unutmaq olmaz ki, avtomobilimizin sazlığı istənilən hava
şəraitində mənzil başına rahat və təhlükəsiz çatmağımız üçün ən
etibarlı zəmanətidir”, – deyə qeyd olunub.