İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi ağır zədə alıb

Baş səhifə
İspaniya millisinin və Barselonanın yarımmüdafiəçisi ağır zədə alıb

“Barselona”nın və İspaniyanın qadınlardan ibarət millisinin yarımmüdafiəçisi Aitana Bonmati ağır zədə alıb.

“Report” xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb

Futbolçu millinin düşərgəsində olarkən məşq zamanı sol fibulasını sındırıb. Onun müalicə üçün “Barselona”ya qayıdacağı bildirilib.

Qeyd edək ki, 27 yaşlı futbolçu bütün karyerasını “Barselona”da keçirib. O, kataloniya klubunun heyətində Kral Kubokunu (7 dəfə), La Liqanın (6 dəfə), İspaniya Superkubokunun (5 dəfə) və UEFA Çempionlar Liqasının (3 dəfə) qalibi adını qazanıb. O, İspaniya millisinin heyətində 2023-cü ildə dünya çempionatının, 2025-ci ildə isə Avropa çempionatının qalibi olub. Bonmati “Qzıl top” mükafatının 3 qat qalibidir.