Ermənistan XİN: “3+3” formatında növbəti görüşün tarixi və yeri hələ müəyyənləşdirilməyib

Baş səhifə

“3+3” formatında növbəti görüşün tarixi və yeri hələ müəyyənləşdirilməyib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, iclasın təşkili məsələsi artıq bir neçə aydır müzakirə olunur. İştirakçı ölkələr görüşün İrəvan və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirirlər.

Nazirlik xatırladıb ki, regional məsləhətləşmə platformasının əvvəlki iclasının nəticələrinə əsasən, tərəflər növbəti görüşün tarix və yerinin diplomatik kanallar vasitəsilə müəyyənləşdirilməsi barədə razılığa gəliblər. Bu, qarşılıqlı anlayışa əsaslanır ki, növbəti iki iclas İrəvan və Bakı şəhərlərində keçirilməlidir.