Niderland PUA-ları aşkar edən 100 radar əldə edib

Baş səhifə

Bakı. Trend:

Niderland dronları əvvəlcədən aşkar etmək üçün 100 ədəd xüsusi
radar alıb.

Trend-in
məlumatına görə, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat
yayıb.




Nazirlik bildirib ki, 100 radar dərhal təhvil verilməyəcək: ilk
partiya sabah ölkəyə çatacaq, bütün radarların isə 2026-cı ilə
qədər tam təhvil verilməsi planlaşdırılır. Radarları müşayiət
edəcək xüsusi nəqliyyat vasitələrinin 2026-cı ilin əvvəlində hazır
olacağı qeyd olunub.

Məlumata görə, Niderlandın Robin Radar şirkətinin istehsalı olan
bu sistemlər PUA-ları quşlardan və digər hava obyektlərindən ayırd
edə biləcək texnologiyaya malikdir.