
Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Avropa İttifaqından olan həmkarları ilə görüş
keçirib.
Trend xəbər verir
ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşım
edib.
O bildirib ki, görüş zamanı Azərbaycanla Aİ arasında
münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamika
müzakirə olunub.
Hacıyev əlavə edib ki, tərəflər ikitərəfli gündəlikdəki geniş
məsələlər ətrafında fikir mübadiləsi aparıblar və Azərbaycan ilə Aİ
arasında tərəfdaşlığın daha da gücləndirilməsi perspektivlərini
müzakirə ediblər.


