Honkonqda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində ölənlərin sayı 36-ya çatıb

Baş səhifə

Bakı. Trend:

Honkonqda çoxmərtəbəli mənzildə baş verən yanğın nəticəsində
ölənlərin sayı 36-ya çatıb, 279 nəfər itkin düşüb.

Trend-in məlumatına görə. bu barədə şəhər meri Con Li deyib.

Mer 29 zərərçəkənin xəstəxanaya yerləşdirildiyini, onlardan
yeddisinin vəziyyətinin ağır olduğunu qeyd edib.




Çin Sədri Si Cinpin faciə ilə bağlı başsağlığı verib.

Honkonqun çoxmərtəbəli binalarında yanğın 26 noyabrda başlayıb.
Kompleksdə təxminən 4000 nəfər yaşayıb.