Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir qrup “B-52H
Stratofortress” strateji bombardmançı təyyarəsi Venesuela sahilləri
yaxınlığında Karib dənizindəki beynəlxalq sular üzərində uçuşlar
həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə “Air And Space Forces” nəşri
Amerika rəsmilərinə istinadən xəbər verib.
Ötən gün baş tutan uçuşlarda ən azı iki B-52H strateji
bombardmançı təyyarəsi iştirak edib.
Onlar Şimali Dakotadakı Minot Hərbi Hava Qüvvələri Bazasından
havaya qalxıblar. ABŞ rəsmisinin sözlərinə görə, missiya “mövcudluq
patrulu” olub.

