Bakının bəzi ərazilərində qaz olmayacaq

Baş səhifə

Bakı.Trend:

Bakının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.




Bildirilib ki, Nizami rayonu, B.Çobanzadə və R.Rüstəmov
küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz
sızmasının aradan qaldırılması, Binəqədi rayonu, 8-ci Mikrorayon,
S.Bəhlulzadə küçəsində isə qaz xəttinin yerinin dəyişdirilməsi
işləri ilə əlaqədar bu gün saat 11:00-dan etibarən qaz təchizatı
dayandırılacaq.

Nizami rayonunun A.Manafov, B.Çobanzadə, K.Balakişiyev,
Özbəkistan, Q.Qarayev, M.Abbasov, M.S.Ordubadi və Ə.Hacıyev
küçələrində, Binəqədi rayonunun isə 8-ci Mikrorayon, S.Bəhlulzadə
və Dərnəgül küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti
fasilə yaranacaq.