ABŞ-də minlərlə təhlükəli maddə anbarı su altında qala bilər

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarında minlərlə təhlükəli maddə anbarının
dəniz səviyyəsinin qalxması səbəbindən su altında qalma riski ilə
üzləşdiyi bildirilir.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə tədqiqat “Nature
Communications” jurnalında yayımlanıb.

Tədqiqatda göstərilir ki, təxminən 5 500 təhlükəli obyekt sahil
zolağında yerləşir və bunlar 2100-ci ilə qədər daşqınlara məruz
qala bilər.




Bu obyektlər arasında tullantı zavodları, zəhərli maddə saxlama
yerləri, neft və qaz terminaları, eləcə də tullantı su emalı
müəssisələri var.

Tədqiqatçılar bildiriblər ki, ən çox risk altında olan ştatlara
Florida, Kaliforniya, Luiziana, Nyu Cersi, Texas, Nyu York və
Massaçusets daxildir.