Sabah respublika üzrə pensiyalar tam ödəniləcək

Baş səhifə

Bakı.Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 21-də respublika
üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə
tutulub.

Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.




Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna
malik şəxslərin də pensiyaları ödəniləcək.