Yaponiyanın Oita şəhərində böyük yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın Oita şəhərində baş verən genişmiqyaslı yanğın
nəticəsində 150-dən çox ev yanıb.

Trend-in
məlumatına görə, bu barədə “NHK” televiziya kanalı məlumat
yayıb.

Yanğın Saqanoseki rayonunda sıx tikililərin yerləşdiyi ərazidə
başlayıb. Yanğın qısa müddətdə qonşu binalara yayılaraq 170-dən çox
evi əhatə edib. Daha sonra alov yaxınlıqdakı meşəyə və şəhərdən bir
kilometr məsafədə yerləşən yaşayış olmayan adaya da yayılıb.




Yanğının ümumi sahəsi 49.000 kvadrat metrə çatıb və hadisə 24
saata yaxın müddətdə nəzarət altında saxlanılır. Ümumilikdə 167
nəfər təxliyə edilib.

Hadisə bir nəfərin — 76 yaşlı kişinin — ölümünə səbəb olub.
İlkin ehtimala görə, ölüm ürək dayanması səbəbindən baş verib.
Bundan əlavə, 50 yaşlı bir qadın yüngül yanıqlar və dəm qazından
zəhərlənmə səbəbilə xəstəxanaya yerləşdirilib.