Bakı. Trend:
Cənubi Afrika hakimiyyəti Yohannesburqda keçiriləcək G20 sammiti
ilə əlaqədar gözlənilən etiraz aksiyalarına hazırlaşır və asayişi
qorumaq üçün əlavə qüvvələr yerləşdirir.
Trend xəbər verir
ki, bu barədə “Associated Press” məlumat yayıb.
Hakimiyyət orqanları əlavə 3 500 polis əməkdaşı göndərib və
zərurət yaranarsa, əməliyyatlarda hərbi qulluqçular da iştirak edə
bilər.
İki günlük G20 sammiti şənbə günü Yohannesburqda başlayacaq və
40-dan çox ölkənin liderləri və diplomatları tədbirdə iştirak
edəcək.

