“Real”ın müdafiəçisi zədələnib

Baş səhifə

Bakı. Trend:

“Real”ın braziliyalı müdafiəçisi Eder Militao zədələnib.

Trend xəbər
verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.




Bildirilib ki, tibbi müayinə nəticəsində 27 yaşlı futbolçunun
sağ ayaq əzələsində zədə aşkarlanıb.

Qeyd edək ki, Braziliya millisinin futbolçusu Tunis yığması ilə
keçirdiyi yoldaşlıq görüşündə zədələnərək matçın 60-cı dəqiqəsində
əvəzlənmək məcburiyyətində qalıb.