Yamayka millisinin baş məşqçisi istefa verib

Baş səhifə
Yamayka millisinin baş məşqçisi istefa verib

Yamayka millisinin baş məşqçisi Stiv Maklaren istefa verib.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, buna səbəb onun rəhbərlik etdiyi komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməməsi olub.

Amerika zonası üzrə seçmə mərhələnin B qrupunda Kurasao ilə qolsuz bərabərliklə bitən görüşündən sonra Yamaykanın DÇ-2026-nın əsas mərhələsində iştirak şansı qalmayıb.

Qeyd edək ki, Kurasao seçmə mərhələni 12 xalla lider başa vurub. Yamayka millisi isə 11 xalla ikinci olub. Trinidad və Tobaqo 9 xalla üçüncü, Bermud 0 xalla sonuncu – 4-cü yerdə qərarlaşıb.