Bu ilin 10 ayında narkotiklə bağlı aşkarlanan cinayətlərin sayı məlum olub

Baş səhifə

Bakı. Trend:

Hüquq mühafizə orqanları tərəfindən bu ilin yanvar-oktyabr
aylarında narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks
əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7030 cinayət
faktı aşkarlanıb.

Trend xəbər
verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi
fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.




Onlardan 2232-si narkotik vasitələrin qanunsuz satışı, 4611-i
narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 185-i
narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu
kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə
müsadirə olunmuş 7 ton 263 kq 229,113 qram narkotik vasitələrin və
psixotrop maddələrin6 ton 446 kq 419,462 qramını marixuana, 281 kq
848,682 qramını heroin,143 kq 956,179 qramını tiryək, 75 kq 167,942
qramını həşiş,153,551 qramını kokain,181 kq 415,261 qramınıdigər
narkotik vasitələr və134 kq 268,036 qramını psixotrop maddələr
təşkil etmişdir.Həmçinin, göstərilən dövr ərzində 10506 ədəd
metadon, 18923 ədəd çətənə bitkisi, eləcə də 600,492 qram, 95 həb,
39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən
götürülüb.