Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və
Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada
müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma
Memorandumu”nun təsdiq edilib.

Trend xəbər verir ki, Preziodent İlham Əliyev bununla bağlı
Fərman imzalayıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin
etməlidirlər.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma
Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri
Hökumətinə bildiriş göndərməlidir.