Filippində təbii fəlakət qurbanlarının sayı 300-ə yaxınlaşır

Baş səhifə

Bakı. Trend:

Filippində baş verən Kalmaegi qasırğası və “Fanq Vonq” super
tayfunu nəticəsində ölənlərin sayı 297-yə yüksəlib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Filippinin Fövqəladə Halların
İdarə Edilməsi və Fəsadlarının aradan qaldırılması üzrə Milli
Şurası (NDRRMC) məlumat yayıb.




Son məlumata görə, Kalmaegi qasırğası səbəbindən 269 nəfər
həyatını itirib. Fəlakət qurbanlarının əksəriyyəti Sebu əyalətində,
Neqros adasında, eləcə də Qərbi Visayas və Şərqi Visayas
regionlarında aşkarlanıb. Daha 523 nəfər isə xəsarət alıb, 113
nəfər itkin düşüb.

“Fanq Vonq” super-tayfununa gəlincə, bu təbii fəlakət 28 nəfərin
həyaına son qoyub. Meyitlərin çoxu Luzon adasının şimalında
yerləşən İfuqao əyalətində aşkarlanıb. 52 nəfər xəsarət alıb, daha
2 nəfərin axtarışları isə davam etdirilir.