ABŞ-də ammonyak sızması nəticəsində 45 nəfər xəstəxanaya yerləşdirilib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Oklahoma ştatında bir otelin qarşısında dayanan yük
avtomobilindən ammonyak sızması baş verib.

Trend xəbər verir
ki, sürücü sızmanı hiss etdikdən sonra dərhal tədbir görülüb və
nəticədə zəhərlənən 45 nəfər xəstəxanaya yerləşdirilib.




Qaz sızması səbəbilə 500–600 nəfərin təxliyə edildiyi
bildirilib. Sakinlərə bir neçə saat evlərindən çıxmamaları tövsiyə
olunub.

Sızmaya müdaxilə edən beş işçi tənəffüs yollarında kimyəvi
yanıqlar aldığını qeyd edib. Hadisənin texniki nasazlıqdan
qaynaqlandığı ehtimal olunur.