
Kalininqradda Rosatom rəhbəri Aleksey Lixaçevla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi arasında məsləhətləşmələr keçirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, məsləhətləşmələrdən sonra Rosatom rəhbəri Zaporojye AES-in təhlükəsizliyinin hazırda tam nəzarət altında olduğunu və əlavə planlaşdırılmamış tədbirlər tələb etmədiyini bildirib.
Lixaçov qeyd edib ki, Rosatom Rostexnadzordan bu il Zaporojye AES-in birinci və ikinci bloklarının istismarını uzatmaq üçün lisenziyalar almağı planlaşdırır.
Lixaçov vurğulayıb ki, Rosatom və AEBA arasında Zaporojye AES üzrə əməkdaşlıq güclənir.
O, ötən gecə Novovoronej AES-ə səkkiz dron hücumu həyata keçirildiyini də söyləyib: “Dağıntılar stansiyanın əsas paylayıcı qurğusuna zərər vurub, üç bloku şəbəkədən ayırıb və onların gücünü 50%-dən aşağı salıb. Dünən günortadan sonra təmirdən sonra stansiya nominal layihə gücünə qaytarılıb”.


