ABŞ dörd Avropa qurumlarını terrorçu siyahısına əlavə edib

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası “Antifa” antifaşist hərəkatı ilə
əlaqəli dörd Avropa birliyini beynəlxalq terror təşkilatları
siyahısına əlavə edib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun yazılı
açıqlamasında bildirilib.




Bildirilib ki, bu qurumlara qarşı sanksiyalar tətbiq edilib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti yuxarıda qeyd
olunan siyahıya “Almaniyada yerləşən “Antifa Ost” və İtaliya və
Yunanıstandakı “Antifa” ilə əlaqəli digər üç zorakı qrup”u daxil
etmək qərarına gəlib. M.Rubio qeyd edib ki, Amerika tərəfi onları
beynəlxalq terrorizmlə mübarizə ilə bağlı sanksiyalar siyahısına da
əlavə edəcək.