
Ukrayna danışıqlardan imtina etdiyi üçün “xüsusi hərbi əməliyyat” davam edəcək.
Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O, Rusiyanın sülh istədiyini, lakin Ukraynanın danışıqları dayandırdığını irəli sürüb. ABŞ dövlət katibi Marko Rubionun Rusiyanın sülh istəmədiyi barədə açıqlamasına münasibət bildirən Peskov bildirib ki, Rusiya bununla razı deyil və sülh istəyir. Onun sözlərinə görə, Moskva Ukrayna məsələsini siyasi və diplomatik yollarla həll etməyə açıqdır.
Ukraynanın diplomatiyanı çətinləşdirdiyini qeyd edən Peskov, “Əsas məqsədimiz təhlükəsizliyimizi və maraqlarımızı təmin etmək, gələcək nəsillər üçün təhlükəsizliyimizi qorumaq və qarşımızda duran vəzifələri yerinə yetirməkdir”,- deyə bildirib.


