Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI
İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri bu gün 3 idman
növündə çıxış edəcəklər.
Trend xəbər
verir ki, idmançılarımız stolüstü tennis, muaytay və voleybol
yarışlarında qüvvələrini sınayacaqlar.
Qadın voleybolçulardan ibarət yığmamız Türkiyə ilə final matçına
çıxacaq. Stolüstü tennisçilər (qarışıq cütlük) və muaytayçılar isə
yarımfinal görüşlərini keçirəcəklər.
Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179
idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar
uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

