Bakı. Trend:
Didye Deşam Səudiyyə Ərəbistanı klublarının maraq
dairəsindədir.
Trend-in
məlumatına görə, dünya çempionatından sonra vəzifəsindən ayrılacaq
Fransa millisinin baş məşqçisini “Əl-İttihad” dəvət etmək istəyir.
Klubda Kərim Benzema, N’Golo Kante və Mussa Diabi çıxış
edirlər.
“Telefoot”a verdiyi müsahibədə Deşam Səudiyyə Ərəbistanının
marağını təsdiqləyib: “Bəzi əlaqələrim olub. Ad çəkməyəcəyəm, amma
vəziyyətimi bilirlər. Qərarımı verdikdən sonra – və bundan geri
çəkilməyəcəyəm – planlaşdırılan müddətin sonunda azad olacağam və
heç nəyi istisna etmirəm.”

