Bakı. Trend:
Çin ABŞ-yə nadir torpaq metallarının sadələşdirilmiş tədarükü
sistemini yaradır.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Çin bunun üçün VEU (yoxlanılmış son istifadəçi
sistemi) mexanizmindən istifadə etmək istəyir.
Bu mexanizm vasitəsilə nadir torpaq materiallarının ABŞ ordusu
üçün tədarükünü istisna etməklə Birləşmiş Ştatlara ixracı ilə bağlı
Vaşinqtonun şərtlərini yerinə yetirmək mümkün olacaq.

