Hindistandan 400-dən çox hava reysi gecikir

Baş səhifə

Bakı. Trend:

Dehlinin İndira Qandi adına beynəlxalq hava limanında texniki
nasazlıq baş verib ki, bu da 400-dən çox reysin gecikməsinə səbəb
olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Hava limanının nümayəndələri bütün uçuşların dayandırıldığını
bildiriblər və texniki nasazlığın ən qısa zamanda aradan
qaldırılması üçün iş aparıldığını qeyd ediblər.

Hindistanın aparıcı aviaşirkətləri – “Air India” və “IndiGo”
sərnişinləri Nyu-Dehli hava limanından uçuşlarda mümkün gecikmələr
barədə xəbərdar ediblər.