“Qarabağ” hesabda önə çıxdı – CANLI

Baş səhifə

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” “Çelsi” ilə qarşılaşmada hesabda irəli çıxıb.

Modern.az xəbər verir ki, 39-cu dəqiqədə Yankoviç penalti zərbəsini dəqiq yerinə yetirib – 2:1.

***

22:16

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda ikinci qol vurulub.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 29-cu dəqiqəsində komandamızın heyətində Leandro Andrade rəqibi cəzalandırıb..

***

22:03

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab açılıb.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 16-cı dəqiqəsində rəqibin heyətində Estevao fərqlənib.

Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir..

***

21:45

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyun başlayıb.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

Matçı Avstriyadan olan hakimlər briqadası idarə edir