Məktəb erkən nikahın aşkarlanmasında böyük rol oynayır – Günel Səfərova

Baş səhifə

Bakı. Trend:

Məktəb erkən nikahın aşkarlanmasında böyük rol oynayır.

Trend
xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Uşaqların
Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Təhsil TV-nin “Təhsil saatı” proqramında deyib.

O bildirib ki, sonrakı proseslərə digər qurumlar baxmalıdır:




“Bu cür hallar yenə də baş verir. Rəsmi olmasa da qeyri-rəsmi
formada olur. Biz bunu icbari təhsildən sonrakı dövrlərdə daha çox
hiss edirik. Erkən nikah halları 10-11-ci siniflərdə daha çox olur.
Həmin vaxt biz görürük ki, qızların təhsilində bəzi axsamalar olur.
Bu zaman artıq vəziyyət aşkar edilir və müvafiq qurumlara məlumat
verilir. Erkən nikah hallarının aşkar edilməsində məktəblərin rolu
böyükdür. Erkən nikah qızlarla bərabər oğlanların da başına gəlir.
Sadəcə qızlar çoxluq təşkil edir”.

O həmçinin vurğulayıb ki, erkən nikah hallarının cəmiyyətə hansı
başlıqlarla çatdırılması çox vacib haldır: “Mən inanmıram ki,
mediada erkən nikaha haqq qazandıranlar olsun”.