Flik “Barselona”nı tərk edəcək

Baş səhifə

Bakı. Trend:

Alman məşqçi Hansi Flik mövsümün sonunda “Barselona”dan ayrıla
bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Flik artıq məşqçilər korpusuna
yorğunluq səbəbindən yayda komandadan ayrılmaq niyyəti barədə
məlumat verib. Həmçinin bildirilib ki, alman məşqçi bəzi
oyunçuların münasibətindən məyusdur və rəhbərlikdən dəstəyin
olmaması da onu təəssüfləndirib.




Flik 2024-cü ilin yayında “Barselona”ya baş məşqçi təyin edilib.
O, ötən mövsüm komandaya La Liqa və Kral Kuboku qazandırıb.