Azərbaycanlı jurnalistlər Xivədə saray kompleksini ziyarət ediblər

Baş səhifə
Media

  • 04 noyabr, 2025
  • 17:55
Azərbaycanlı jurnalistlər Xivədə saray kompleksini ziyarət ediblər

Azərbaycanın media nümayəndələri Özbəkistana səfər çərçivəsində Xivə şəhərindəki “Nurullaboy” saray kompleksini ziyarət ediblər.

“Report”un məlumatına görə, kompleks XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid unikal memarlıq abidəsidir və regionun ən mühüm mədəni irs obyektlərindən biridir.

Kompleks Xivə xanı II Məhəmməd Rəhim xanın əmri ilə tikilib.