Bakı. Trend:
“Fiorentina” baş məşqçisi Stefano Piolini istefaya göndərib.
Trend xəbər
verir ki, bu barədə iklubun rəsmi saytı məlumat yayıb. Uğursuz
nəticələrə görə italiyalı mütəxəssislə bağlı bu qərar verilib.
Florensiya təmsilçisi A Seriyasında 10 matçda qələbə qazana
bilməyib və hazırda turnir cədvəlində 4 xalla 20-ci pillədə
qərarlaşıb. 60 yaşlı mütəxəssisi bu vəzifədə Paolo Vanoli əvəzləyə
bilər.
Qeyd edək ki, 2017-ci ildən 2019-cu ilədək “Fiorentina”nın baş
məşqçisi olan Pioli yayda komandaya qayıtmışdı.

