
Bakı. Trend:
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar
Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla
483 200 000 manat proqnozlaşdırılır.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının büdcəsinin
gəlirlərinin 43,8 %-ni və ya 211 600
000 manatını dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərindən ayrılan dotasiya təşkil edəcək.
Bu da cari illə müqayisədə 74 100 000 manat və
ya 25,9 % azdır.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəliriləri isə
cari illə müqayisədə 52 100 000 manat və ya
23,7 % artımla – 271 600 000
manat məbləğində proqnozlaşdırılır.

